RU

Meningit epidemiyasından 2 nəfər öldü

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Birləşmiş Krallıqda yerləşən Kent Universitetində ortaya çıxan Meningit epidemiyası nəticəsində 2 nəfər həyatını itirib.

"Cebheinfo.az" xəbər verir ki, ölkə mediasında yayılan xəbərlərə görə, Canterbury bölgəsində baş verən meningit yayılması səbəbindən 2 nəfər ölüb, 11 nəfər isə xəstəxanada müalicə olunur.

Xəstəxanaya yerləşdirilənlərin əksəriyyətinin 18–21 yaş arasında olduğu və Kent Universitetinin tələbələri olduğu bildirilib.

Həyatını itirən iki nəfərin də 18–21 yaş aralığında olduğu, onlardan birinin universitet tələbəsi olduğu təsdiqlənib.

“UK Health Security Agency” (UKHSA) yayılma səbəbindən tələbələr, universitet əməkdaşları və ailələr də daxil olmaqla 30 mindən çox şəxslə əlaqə saxlayaraq vəziyyət barədə məlumatlandırma aparıb.

Bildirilir ki, UKHSA mütəxəssisləri xəstəliyə yoluxan şəxslərlə görüşərək yaxın təmasda olanları müəyyənləşdirməyə çalışırlar.

UKHSA sözçüsü bildirib ki, yayılmadan sonra Canterbury bölgəsində bəzi tələbələrə antibiotik verilib, lakin xəstəliyin konkret növü hələ müəyyənləşdirilməyib.

BBC-nin məlumatına görə, yayılmanın Canterburidə keçirilən və xəstələnən bəzi şəxslərin iştirak etdiyi sosial tədbirlə əlaqəli ola biləcəyi ehtimal edilir.

Meningitin əsas əlamətlərinə yüksək hərarət, qusma və getdikcə güclənən baş ağrısı daxildir.Bildirilir ki, xəstəlik həyati təhlükə yaradan Sepsisə də səbəb ola bilər.

Meningit və sepsis əlamətləri olan şəxslərə ən yaxın təcili tibbi yardım xidmətinə müraciət etmələri və ya 999 təcili yardım xəttinə zəng etmələri tövsiyə olunub.

UKHSA-nın Cənub-Şərq bölgəsi üzrə sədr müavini Triş Mannes bildirib ki, meningit əlamətləri bəzən soyuqdəymə, qrip və ya alkoqol qəbulundan sonra yaranan narahatlıqlarla asanlıqla qarışdırıla bilər.

Mannes qeyd edib ki, tələbə və əməkdaşların yeni hallarla bağlı narahatlıq keçirməsi başa düşüləndir.

Lakin o əlavə edib ki, yoluxanlarla yaxın təmasda olan şəxslərə profilaktik məqsədlə antibiotik verildiyi üçün vəziyyət nəzarət altındadır.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
71
1
cebheinfo.az

2Источники