RU

Britaniyanın Baş naziri Tramp ilə Hörmüz boğazının yenidən açılmasının əhəmiyyətini müzakirə edib

Yeniazerbaycan saytına istinadən ain.az xəbər verir.

Birləşmiş Krallığın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı zamanı Hörmüz boğazının yenidən açılmasının qlobal dəniz daşımalarında yaranmış fasilələrin aradan qaldırılması üçün vacib olduğunu vurğulayıb.

AZƏRTAC Dauninq Stritə istinadla xəbər verir ki, danışıq ABŞ Prezidentinin bir gün əvvəl Böyük Britaniya və digər ölkələri Fars körfəzinə hərbi gəmilər göndərərək mühüm neft daşınma marşrutunun təhlükəsizliyini təmin etməyə çağırmasından sonra baş tutub. Böyük Britaniyanın energetika naziri Ed Miliband bildirib ki, London boğazın yenidən açılmasına kömək edə biləcək bütün variantları nəzərdən keçirir. Onun sözlərinə görə, bu istiqamətdə ABŞ və digər müttəfiqlərlə əməkdaşlıq da mümkündür.

Açıqlamada bildirilib ki, Starmer və Tramp Yaxın Şərqdə davam edən vəziyyəti müzakirə ediblər. Tərəflər qlobal daşımaların bərpası üçün Hörmüz boğazının yenidən açılmasının vacibliyini vurğulayıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
2
6
yeniazerbaycan.com

7Источники