Bakı. Trend:
Orta Dəhliz Hörmüz boğazı bağlanacağı təqdirdə konteynerdaşımaları üçün əsas marşrutlardan birinə çevrilə bilər.
Trend xəbər verirki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin Marketinq və tarifsiyasəti departamentinin marketinq şöbəsinin müdir müavini ZiyaMəmmədov sosial şəbəkə hesabında yazıb.
“Hörmüz boğazı qlobal konteyner ticarəti üçün əsas dəniz “darboğazlarından” biridir. Onun bağlanması halında Asiya, Yaxın Şərqvə Avropa arasında konteyner tədarük zəncirləri gecikmələr vəlogistika xərclərinin artması ilə üzləşə bilər.
Belə bir vəziyyətdə alternativ multimodal marşrutlarınəhəmiyyəti artır. Onlardan biri Orta Dəhlizdir ki, bu marşrut Çinvə Mərkəzi Asiyanı Avropa ilə birləşdirir”, – deyə o bildirib.
Qeyd olunur ki, bu dəhliz üzrə konteyner daşımaları adətənaşağıdakı mərhələləri əhatə edir:
- Mərkəzi Asiya ərazisindən keçən 4256 km dəmir yolu xətti;
- Xəzər dənizi üzərindən təxminən 508 km dəniz marşrutu;
- Cənubi Qafqaz vasitəsilə Türkiyə və Avropaya uzanan dəmir yoluxətti.
“Regionun əsas nəqliyyat infrastrukturlarından biri olan BakıBeynəlxalq Dəniz Ticarət Limanı Xəzər regionu üzrə multimodalkonteyner axınlarını dəstəkləyir. Hazırda limanın illik yükötürməqabiliyyəti təxminən 15 milyon ton təşkil edir.
Hazırda limanın inkişafının yeni mərhələsi həyata keçirilir. Bumərhələ başa çatdıqdan sonra limanın illik gücünün 25 milyon tonaçatacağı, həmçinin ildə 500 min TEU konteyner emal etmək imkanınınolacağı gözlənilir”, – paylaşımda bildirilib.
Vurğulanır ki, dəniz nəqliyyatı qlobal konteyner ticarətindədominant olaraq qalacaq. Lakin Hörmüz boğazı kimi strateji darkeçidlərdə mümkün fasilələr logistika marşrutlarınınşaxələndirilməsinə olan artan zərurəti göstərir. Bu kontekstdə OrtaDəhliz tədricən konteyner daşımaları üçün əlavə Avrasiya marşrutukimi rolunu gücləndirə bilər.