RU

ABŞ İranda rejimi dəyişəcək, Hörmüz tamamilə nəzarətdən çıxacaq – SENSASİON DETALLAR

ABŞ Prezidenti Donald Trampın İrana qarşı mümkün hərbi əməliyyatı regionda həm hərbi, həm də iqtisadi baxımdan ciddi nəticələrə səbəb ola bilər. Ekspertlər hesab edir ki, belə bir ssenari təkcə İran üçün deyil, bütün Yaxın Şərq üçün uzunmüddətli təsirlər yaradacaq.

Bəs mümkün müharibə İrana hansı nəticələri vəd edir?

Hərbi ekspert Ədalət Verdiyev mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında bildirib ki, ABŞ tərəfindən İrana qarşı başlanacaq müharibənin əsas məqsədi ölkənin hərbi potensialını tükəndirmək olacaq.

Hərbi-ekspert

Onun sözlərinə görə, belə bir qarşıdurmada İranın məğlub tərəf kimi görünməsi ehtimalı yüksəkdir:

“İran da bu müharibənin məğlub tərəfi kimi görünür. Baxmayaraq ki, bu gün İran ABŞ-a qarşı əsasən Körfəz ölkələrinə zərbələr endirməklə cavab verir. İsrail istiqamətində də zərbələr var. Lakin indiyədək İsrail tərəfdən hərbçi itkisi qeydə alınmayıb. ABŞ tərəfdən isə 10 nəfərə qədər hərbçinin həlak olduğu bildirilir”.

Ekspert qeyd edib ki, İran informasiya müharibəsində də fəal görünməyə çalışır:

“İran bu müharibəni daha çox feyk məlumatlar üzərində qurur. Bəzən Benyamin Netanyahunun dəfn edildiyi barədə məlumatlar yayılır. Həmçinin ABŞ aviadaşıyıcısının vurulduğu və döyüş əməliyyatları zonasından geri çəkildiyi kimi iddialar səsləndirilir”.

Ədalət Verdiyevin sözlərinə görə, mümkün ssenarilərdən biri də İranda siyasi sistemin dəyişməsi ola bilər:

“Görünən odur ki, ABŞ İranda rejimi dəyişəcək. Hörmüz Boğazı tamamilə İranın nəzarətindən çıxarıla bilər. Hətta bu boğaza beynəlxalq nəzarətin təyin olunması ehtimalı da var”.

Ekspert hesab edir ki, gələcəkdə İranın siyasi quruluşu ilə bağlı qərarlar region ölkələrinin iştirakı ilə verilə bilər:

“İranın gələcək siyasi strukturu ilə bağlı hələ dəqiq danışmaq çətindir. Lakin böyük ehtimalla rejim devrildikdən, SEPAH və molla rejimi siyasi arenadan çəkildikdən sonra İranın vahid dövlət kimi mövcudluğunu davam etdirməsi məsələsi ABŞ, İsrail və Körfəz ölkələrinin birgə qərarı ilə müəyyən ediləcək.
Hər bir halda bu müharibənin İran üçün çox ağır nəticələri olacaq və İran xalqı bu təsirləri uzun illər öz üzərində hiss edəcək”.

Aynurə İsmayıl
KONKRET.az

Избранный
35
1
konkret.az

2Источники