RU

Ermənistanın yeni Konstitusiya layihəsinin mətni hazırdır

Ermənistanın yeni Konstitusiya layihəsinin mətni artıq hazırdır, onun hakim "Vətəndaş müqaviləsi" partiyasının İdarə Heyətinin iclasında, həmçinin eyniadlı parlament fraksiyasında müzakirə edilməsi planlaşdırılır.

Xezerxeber.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Srbui Qalyan bu gün ədliyyə naziri yanında İctimai Şuranın birinci iclasında bəyan edib.

Qurumun rəhbəri mətnin dərc olunacağı tarixlə bağlı məlumatlı olmadığını bildirib.

"Konstitusiya İslahatları Şurası çox fəal işləyir. Biz hər həftə iclaslar keçiririk. Söz verdiyim kimi, mətn hazırdır. Lakin onun nəşr olunması bağlı hələlik heç bir məlumat yoxdur, çünki mətnin "Vətəndaş müqaviləsi" partiyasının İdarə Heyətində və parlament fraksiyasında müzakirə edilməsi qərara alınıb. Bundan sonra mətnin dərc olunması ilə bağlı qərar veriləcək", - nazir bildirib.

Избранный
2
4
xezerxeber.az

9Источники