RU

Möminə xatun türbəsinin bərpası üçün vəsait ayrıldı – SƏRƏNCAM

Prezident İlham Əliyev Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsinin bərpası və konservasiyası işlərinə vəsait ayrılması haqqında Sərəncam imzalayıb.

Vətəninfo.az xəbər verir ki, Sərəncama əsasən, 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 9,566.0 min (doqquz milyon beş yüz altmış altı min) manat vəsait ayrılacaq.

Избранный
28
20
veteninfo.az

10Источники