RU

Sabah bu yerlərə dayanmadan QAR YAĞACAQ

Martın 17-də Azərbaycanın şəhər və rayonlarında gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, arabir tutulmuş olacaq və əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5–8° isti, gündüz 8–13° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75–80 %, gündüz isə 65–70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı hava şəraiti müşahidə olunacaq, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların qısa müddətə intensivləşəcəyi ehtimalı var. Axşam saatlarından etibarən əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə duman müşahidə olunacaq, qərb küləyi isə arabir güclənəcək. Havanın temperaturu gecə 5–9° isti, gündüz 12–17° isti, dağlıq ərazilərdə gecə 3° şaxtadan 2°-dək isti, gündüz isə 5–10° isti olacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında bəzi yerlərdə arabir yağıntılı hava şəraiti və qar gözlənilir. Səhər saatlarında yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2–7° isti, gündüz 10–15° isti təşkil edəcək.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli və Ağdam rayonlarında, həmçinin Daşkəsən, Gədəbəy və Göygöldə bəzi yerlərdə fasilələrlə yağıntılı hava gözlənilir, dağlıq ərazilərdə qar yağacaq. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8–13° isti olacaq.

Şərqi Zəngəzur bölgəsində – Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında da bəzi yerlərdə fasilələrlə yağıntılı hava müşahidə olunacaq, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0–5° isti, dağlıq ərazilərdə 3°-dək şaxta, gündüz isə 8–13° isti olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz və Naftalan ərazilərində bəzi yerlərdə yağıntılı hava gözlənilir, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Səhər saatlarında əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə duman müşahidə olunacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3–7° isti, gündüz 12–17° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə fasilələrlə yağıntılı hava gözlənilir, dağlıq ərazilərdə qar yağacaq. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Bəzi yerlərdə duman olacaq, qərb küləyi isə arabir güclənəcək. Havanın temperaturu gecə 1–6° isti, gündüz 10–15° isti, dağlıq ərazilərdə gecə 1–6° isti, gündüz 7–12° isti olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçalada bəzi yerlərdə arabir yağıntılı hava gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi və şimşək çaxacağı ehtimal olunur. Gündüz saatlarında yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5–9° isti, gündüz 12–17° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar və Cəlilabad rayonlarında bəzi yerlərdə fasilələrlə yağıntılı hava gözlənilir, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi mümkündür. Bəzi yerlərdə duman olacaq, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6–9° isti, gündüz 11–16° isti, dağlıq ərazilərdə isə gecə 3–6° isti, gündüz 7–12° isti olacaq.


Telegram kanalımız
Избранный
82
48
yenisabah.az

10Источники