RU

"Bu bizə qarşıdakı turlar üçün böyük ümid vəd edir" - Röyal Nəcəfov

1-ci Liqanın 18-ci turunda Şamaxıda "Difai" ilə üz-üzə gələn "Baku Sportinq" 3:1 hesablı qələbə qazandı. Bu qələbə sayəsində lider "Şəfa" ilə xal fərqini 6-ya endirən Buzovna komandasının məşqçisi Röyal Nəcəfovla əlaqə saxlayıb oyun barədə fikirlərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Oyun planlaşdırdığımız kimi alındı. Əvvəldən sona qədər istədiyimiz futbolu sərgilədik. Matça yaxşı başladıq və hesabı aça bildik. Sonradan qapımıza penalti təyin edilsə də, ruhdan düşmədik. Paltardəyişmə otağında uşaqlarla söhbətimiz oldu. İkinci yarıda meydanda daha istəkli, daha motivasiyalı komanda gördük. Özünəinam sayəsində fasilədən sonra iki qol vuraraq 3:1 hesabı ilə qalib gəldik. Qələbəyə layiq idik. Ən sevindirici məqam budur ki, qələbəni yaxşı oyunla qazandıq. Bu bizə qarşıdakı turlar üçün böyük ümid vəd edir".

Xatırladaq ki, 36 xalla turnir cədəvlinin 2-ci pilləsində mövqe tutan "Baku Sportinq" 19-cu turda digər iddialı "Mingəçevir"i qəbul edəcək.

Toğrul

Избранный
18
1
fanat.az

2Источники