RU

ABŞ neft şirkətləri enerji böhranının dərinləşəcəyi barədə xəbərdarlıq edib

Şirkətlər Hörmüz boğazındakı problemlərin qlobal enerji bazarında qiymət artımı və kəskin çatışmazlıq yarada biləcəyini bildirir...

ABŞ-nin iri neft şirkətləri prezident Donald Tramp administrasiyasını qlobal enerji bazarında vəziyyətin daha da pisləşə biləcəyi barədə xəbərdar edib.

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bu həftə Ağ Evdə ABŞ rəsmiləri ilə enerji sektorunun nümayəndələri arasında görüş keçirilib. Görüşdə ABŞ prezidenti Donald Tramp iştirak etməyib. Danışıqlarda Exxon Mobil, Chevron və ConocoPhillips şirkətlərinin rəhbərləri iştirak ediblər.

Şirkət rəhbərləri bildirib ki, Hörmüz boğazında gəmiçilik fəaliyyətində yaranan fasilələr qlobal enerji bazarında qeyri-sabitliyin davam etməsinə səbəb olacaq. Onların sözlərinə görə, bu vəziyyət neft və neft məhsullarının qiymətlərinin daha da artmasına gətirib çıxara bilər.

Exxon Mobil şirkətinin baş icraçı direktoru Darren Vuds qeyd edib ki, əgər təklifin azalması fonunda spekulyativ əməliyyatlar güclənsə, neft qiymətləri mövcud rekord səviyyələrdən də yuxarı qalxa bilər.

Şirkət rəhbərləri xəbərdarlıq ediblər ki, tədarük zəncirində yaranan problemlərlə yanaşı, bazar neft məhsullarının ciddi çatışmazlığı ilə də üzləşə bilər.

Nəşr qeyd edir ki, ABŞ-də daxili neft hasilatının artırılması imkanları məhduddur və bu, hazırda Hörmüz boğazının arxasında qalan gündəlik təxminən 10 milyon barel neftin əvəzini tam şəkildə ödəyə bilməz.

Qeyd olunur ki, Hörmüz boğazı qlobal enerji ticarətinin ən mühüm marşrutlarından biridir və dünya üzrə neft tədarükünün təxminən 20 faizi məhz bu su hövzəsindən keçir.

Poliqon.info

Избранный
6
poliqon.info

1Источники