RU

Yeni ixtisaslar əmək bazarında imkanları artırır – ekspert

Azərbaycanda yeni peşə və ixtisasların siyahıya əlavə edilməsi əmək bazarında tələbatın daha dəqiq ödənməsinə imkan yaradır və gənclərə gələcək karyera seçimlərində daha geniş perspektivlər açır. 

Mövzu ilə bağlı Təhsil eksperti Elşən Əfəndi QHT.az-a açıqlama verib. O bildirib ki, yeni peşə və ixtisasların əlavə olunması və yaradılması əmək bazarının mövcud tələbatına əsaslanır.

E.Əfəndinin sözlərinə görə, “Əgər yeni ixtisaslara ehtiyac varsa, müəyyən sahələrdə kadr hazırlığının həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir".

Ekspert vurğulayıb ki, hazırda dünyanın əksər ölkəsində əsasən informasiya-texnologiya yönümlü ixtisaslara daha çox tələb var: “Kompyuter elmləri, proqramlaşdırma mühəndisliyi, kiber təhlükəsizlik və süni zəka sahəsində ixtisaslı kadrlar əmək bazarında daha rahat iş imkanlarına malik olacaqlar".

Elşən Əfəndi əlavə edib ki, gələcəkdə bu sahələrdə hazırlanacaq kadrlar ölkədə rəqabətədavamlı və perspektivli peşə imkanlarına sahib olacaqlar.

Fatimə Nəbiyeva

Избранный
13
qht.az

1Источники