İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz qüvvələri BƏƏ-dəki "Əd-Dəfra" ABŞ hərbi bazasının ərazisindəki sursat anbarına zərbə endirib.
Azreform.info "Report"a istinadən xəbər verir ki, bu barədə SNN telekanalının təqdim etdiyi SEPAH-ın bəyanatında bildirilib.
Məlumata görə, bazada güclü partlayış baş verib, nəticədə ABŞ hərbçiləri qırıcıları həmin bazadan çıxarıb başqa yerlərdə yerləşdirmək məcburiyyətində qalıblar.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. SEPAH İsrail, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektlərə hücum edərək genişmiqyaslı cavab əməliyyatı barədə bəyan edib.