RU

Bir gecəlik əlimdi kürəyin üstdən keçən... Sevinc Yunuslunun yeni şeirləri

Kulis.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Kulis.az Sevinc Yunuslunun yeni şeirlərini təqdim edir.

Getdin, gedişinlə dünya uçmadı

Xoşbəxtlik adında röyadan çıxdım..

Sən məni sevəndə özüm kimiydim,

Mən səni sevəndən dünyadan çıxdım..Getdin nərgizlərin gözləri doldu

Heç nə dəyişmədi gedişin ilə..

Məni qorxutmatdı nə həsrət, nə qəm -

Dost idim dünyanın gərdişi ilə..Nərgizlər gülürdü gülüşlərinlə

Bütün dəliliyim sənin üçündü.

İndi sinəm üstən axan yaşların

Hamısı gözlərin, əlin üçündü...Həyat da beləymiş qarşı masanın

Bayaq boşluğuna içəsi oldum..

Səninlə sevinib getdiyim yolu

Az öncə tək-tənha gedəsi oldum..İlahi, sən gördün bu gecə necə,

Söykəndim divara, gözəl ağladım.

Açdım pəncərəni Xəzərə baxdım

Gecədən sübhəcən Xəzər ağladı..Qolumda uyudu yastığın, çayın,

Xəyalın sübhəcən keşiyim oldu..

Bu küçə, bu otaq mənə yad idi,

Niyə bu yad yataq beşiyim oldu?Ağrısı dayanmır sol tərəfimin

Hara dönürəmsə orda bir Sən var

İlahi, arada dönüb yerə bax

Bəlkə, bu dünyada səndən küsən var...Nərgizlər gülürdü gülüşlərinlə

Nərgiz gözlərində yuyuldu adın..

Hamının sevimli şairi idi

Hər gecə dərdindən ölən o qadın..***Səni kimsə mənim tək görməz

Kimsə sevməz mənim tək.

Bədənindən ruhunadək

söz-söz, şeir-şeir

bir də kimsə əzbərləməz..Kimsə səni bilməz mənim tək

Mənim tək kimsə toxunmaz..

Dodaqlarına yazdıqlarım

Umm-el əlifbasıdır

heç yerdə heç vaxt oxunmaz...Mənim tək

kimsə gözlərini tutmaz sevişəndə...

Kimsə səni qoxlamaz...

Qoxuna vurulmaz...

Ürəyimin döyüntüsünü

Sənin tək kimsə yoxlamaz...İnsanlar kordur,

kardır..laldır...

Mən səni çox sevmişəm,

Gəl, bu qanmaz adamları gücün çatır, inandır...

Mənim tək ağlada bilməzsən heç kimi,

Axı hər qadın

heç gözəl də ağlamaz..***Od istisi, gün alovu kimiydi

Nəfəsinə inanmışdım halbuki..

Baxışının dörd yanımda qurduğu

Qəfəsinə inanmışdım halbuki..Zəhər idi, bal dadırdı, bilirdim..

Ürəyimi oynadırdı, bilirdim..

Aldadırdı..aldadırdı bilirdim..

Həvəsinə inanmışdım halbuki..Öpüşləri xəyalımdan getməyən

Taleyimin boz üzündə itməyən,

Qara moruq kollarında titrəyən

Qu səsinə inanmışdım halbuki..Məndən ötə aşiq gördün, de görüm?

Yalan oldu Məcnun, Dante, Yevgenin..

Məhəbbətin, ehtirasın, sevginin

Qısasına inanmışdım halbuki..İndən belə nə üzülər, ağlaram,

Üç-beş şeir, bir bağlama bağlaram..

Quzeylərdə qar ələnmiş dağların

Zirvəsinə inanmışdım halbuki..Od istisi, gün alovu kimiydi

Nəfəsinə inanmışdım halbuki..

Baxışının dörd yanımda qurduğu

Qəfəsinə inanmışdım halbuki..***Elə gözəl, elə xoş öldürürsən adamı,

Əllərində ən iti bıçaqdırsa, görünmür..

Bu nə gediş, dünyanın ay allahsız bəndəsi,

Getdiyin yol küncdürsə, bucaqdırsa görünmür..Mənə mini dolaşıb həsədxanadan baxsa,

Fərqi yoxdu canıma cəsədxanadan baxsan.

Dönüb Şamaxıdakı Rəsədxanadan baxsam,

Mənə doğru açdığın qucaqdırsa, görünmür..Bir gecəlik əlimdi kürəyin üstdən keçən..

Bu payız küləyiydi diləyim üstdən keçən..

Bizi ayıracaqsa, ürəyim üstdən keçən-

Fərqi nədi qatardır, uçaqdırsa, görünmür..Könlün işıq haləsi közdən üz çevirdisə,

Bu yaz qanlı lalələr düzdən üz çevirdisə..

Heyif, bu eşq, bu tale bizdən üz çevirdisə-

Getdisə, getdi daha, qaçaqdırsa, görünmür..Qayıt, söndür könlümdə qaladığın odları,

Necə sınır bilirsən quşların qanadları?..

Tanrı yazan sevdadan qaçanların adları-

Qızıl hərflə yazılsa “qoçaqdır“ sa, görünmür..* *

Neçə saatdır yatırsan, nə görmüsən yuxunda?

Gəl sənə toxdaqlıq verim, şeirdir də, oxuma..

Gözəl gözlüm, yaram çoxdur əllərinlə toxunma

Bağrımdakı köz izləri, qan ətri sənlik deyil..Eh..nə deyim, bu həyata heç könlün aldanmasın.

Götür göz yaşımı göydən..götür xətrin qalmasın.

Mənim tək Tanrı heç kəsi od ilə sınamasın

Od içinə düşən könlüm axı üzərlik deyil..Hər çiynimə dəyən əli əynimə çuxa bildim

Of!..nələr çıxdı qarşıma dağıdıb yıxa bildim.

Nə sənə qovuşa bildim..nə səndən çıxa bildim..

Bənövşənin göz yaşına günah çəmənlik deyil.Küləklərdi ağacların saçını yolub gedən

Mənəm bulud yaddaşına yağışlar dolub gedən.

Öz başıma deyiləm ki, hər şeyi alıb gedəm-

İndən belə sənsiz ömrü sürmək ta mənlik deyil..Səndən ötəri alışan bu odda bir ürək var

Tanrını, məni bir edən sən adda bir ürək var.

Əllərini uzat mənə əllərinə gərək var-

Bu eşqdi, qurban olduğum, bu bir nəfərlik deyil..

Asif Ata və Tanrı probleminin yeni fəlsəfi yozumu - Düzgün Atalı

Cəmilə Həşimovanın “Gözəllik aşiqi” fərdi sərgisi açılacaq

Sevgi vardır ki... - Mikayıl Müşfiq

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
42
1
kulis.az

2Источники