İsveç İrandakı səfirliyini müvəqqəti olaraq Bakıya köçürüb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Maria Stenerqard sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, İranda pisləşən təhlükəsizlik şəraiti fonunda Xarici İşlər Nazirliyi Tehrandakı səfirlik heyətini köçürməyi qərara alıb.
Səfirlik Bakıda fəaliyyətini davam etdirir.
Nazir İsveç Xarici İşlər Nazirliyinin 2022-ci ildən bəri İrana səfərdən çəkinməklə bağlı müraciətini xatırladıb, İsveç vətəndaşlarını İranı tərk etməyə çağırıb.
Telegram kanalımız