RU

Latviya XİN: "Gürcüstan hökuməti Avropa yolunda maraqlı deyil" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Latviyanın xarici işlər naziri Bayba Braje Brüsseldə jurnalistlərə açıqlamasında Gürcüstandakı cari siyasi vəziyyəti kəskin tənqid edib. Nazir rəsmi Tbilisi ilə gürcü xalqının istəkləri arasında ciddi uçurum olduğunu vurğulayıb.

Braje Gürcüstanda müsbətə doğru heç bir dəyişikliyin olmadığını və vəziyyətin yaxşılaşmadığını bildirib.
Latviyalı diplomatın sözlərinə görə, Gürcüstan xalqı Avropaya layiq olsa da, ölkə hökuməti Avropaya inteqrasiya yolunda səmimi maraq göstərmir.

"Gürcü arzusu" partiyasının Avropa yoluna mane olması ilə bağlı sualı cavablandıran nazir, gürcü xalqının düzgün qərar verəcəyinə və ölkənin irəliyə getməsi üçün üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyinə əminliyini ifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
23
olaylar.az

1Источники