RU

Azərbaycan və Qırğızıstan parlamentlərarası əməkdaşlığın inkişafını müzakirə edib

Qırğızıstan parlamentinin sədri Marlen Mamataliyev və Azərbaycanın bu ölkədəki səfiri Lətif Qəndilov Bişkekdə parlamentlərarası əməkdaşlığın inkişafını müzakirə ediblər.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Qırğızıstan parlamenti məlumat yayıb.

"Tərəflər siyasi-iqtisadi və mədəni-humanitar əlaqələrin inkişafı məsələlərinə dair fikir mübadiləsi aparıb, eləcə də parlamentlərarası əməkdaşlığın inkişafını müzakirə ediblər. Sədr Marlen Mamataliyev qardaş Azərbaycanla tərəfdaşlığın inkişafının Qırğızıstanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib", - məlumatda deyilir.

O, iki dövlətin rəhbərləri arasındakı isti münasibətlərin siyasi dialoqın genişlənməsinə və bütün sahələrdə əməkdaşlığın fəal inkişafına töhfə verdiyini qeyd edib.

Bundan başqa, parlament sədri Azərbaycan Milli Məclisi ilə əməkdaşlığının daha da möhkəmləndirilməsinin zəruriliyini vurğulayıb:

"Biz profil komitələri və dostluq qrupları səviyyəsində əlaqələri aktiv şəkildə davam etdirməliyik. Parlament diplomatiyası iki ölkə arasında strateji tərəfdaşlığın inkişafında xüsusi rol oynayır".

Lətif Qəndilov səmimi qəbula görə Qırğızıstan tərəfinə təşəkkür edib və Milli Məclisin sədri Sahibə Qafarovanın salamlarını çatdırıb.

O həmçinin iki ölkə arasında həyata keçirilən layihələr, o cümlədən nizamnamə kapitalı 100 milyon dollara qədər artırılmış Azərbaycan-Qırğız İnkişaf Fondu vasitəsilə reallaşdırılan təşəbbüslər barədə məlumat verib.

"Cebheinfo.az"

Избранный
9
1
cebheinfo.az

2Источники