RU

Tarixi abidəyə qanunsuz müdaxilə aşkarlandı - FOTOLAR

Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti 2 (4) ünvanında yerləşən 3741 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinə qanunsuz müdaxilə fakt barədə edilən xəbərdarlıqlara baxmayaraq təmir işləri yenidən davam etdirilib.

Bu barədə Bakıvaxtı.az-a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, tarixi memarlıq abidəsində qanunsuz təmir işləri ilə bağlı pozuntu ilk dəfə 2025-ci ilin oktyabr ayında aşkar edilib.

"Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən keçirilən baxış zamanı "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri pozularaq, layihəsi razılaşdırılmadan təmir işlərinin aparıldığı müəyyən edilib. Həmin vaxt qanunsuz təmir işlərinin dayandırılması və həyata keçiriləcək işlərin layihəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq razılaşdırılması ilə bağlı xəbərdarlıq olunub".

Həmçinin bildirilib ki, edilən xəbərdarlıqlara baxmayaraq, 14 mart tarixində abidədə təmir işlərinin yenidən davam etdirildiyi qeydə alınıb. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilib.

Избранный
79
13
bakivaxti.az

10Источники