RU

İran XİN: Zelenski Kiyevi Tehranla münaqişəyə sürükləyir

Zelenskinin Yaxın Şərq planı İranı qəzəbləndirib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

İran Xarici İşlər Nazirliyinin (XİN) bəyanatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski İran PUA-larına qarşı mübarizə aparmaq üçün Yaxın Şərqə hərbi məsləhətçilər göndərmək barədə səsləndirdiyi fikirlərlə Kiyevi Tehranla münaqişəyə sürükləyir.

Nazirlik xəbərdarlıq edib ki, bu addımla Ukrayna ABŞ və İsrailin İrana qarşı təcavüzündə şərik ola bilər və İran xalqı bunu onlara heç vaxt bağışlamayacaq.

Əlavə olaraq qeyd edək ki, son zamanlar rəsmi Kiyev və Tehran arasında pilotsuz uçuş aparatları ilə bağlı davam edən fikir ayrılıqları fonunda bu cür bəyanatlar iki ölkə arasında diplomatik gərginliyin daha da kəskinləşməsinə səbəb olur.

Yaxın Şərqdəki mövcud vəziyyət isə böhranın miqyasını daha da genişləndirir.

Xuraman Etibarlı

İnterpress.az


Избранный
77
interpress.az

1Источники