RU

Rusiyalı filosof ölkədə bütün internetin söndürülməsini təklif edib

Bakı. Trend:

Rusiyalı filosof və “Rus dünyası” konsepsiyasının ideoloquAleksandr Duqin Rusiyada bütün yay mövsümü ərzində internetintamamilə söndürülməsini təklif edib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Onun sözlərinə görə insanların “əsl insan həyatı” yaşamağabaşlaması üçün bu zəruridir.

Onun fikrincə, yay aylarında internetdən imtina etmək, qışda isəyenidən onlayn rejimə qayıtmaq olar. Duqinin hesabına görə,dostlarla ünsiyyət üçün internet heç də vacib deyil: o alternativkimi pəncərələrin altında fit çalmağı və skuter sürməyi təklifedir.

Keçən həftə filosof dövlətin cəmiyyət üzərində nəzarətinigücləndirməyi də təklif edib və rusiyalıları bunu qaçılmaz reallıqkimi qəbul etməyə çağırıb. Onun sözlərinə görə, belə nəzarətinxarici qüvvələr tərəfindən deyil, məhz öz dövləti tərəfindən həyatakeçirilməsi daha yaxşıdır.

“Əgər bunu özünkülər etməsə, yadlar edəcək. Bəli, biz belə birdünyada yaşayırıq, sizin üçün başqa dünya yoxdur”,- deyə Duqinyazıb.

Məqalədə:
Избранный
25
1
az.trend.az

2Источники