BAKI, 16 mart. TELEQRAF
Cənubi Koreya Xarici İşlər Nazirliyi Li Von Çenin Türkmənistana yeni səfir təyin olunduğunu açıqlayıb.
Teleqraf xəbər verir ki, 30 illik təcrübəyə malik diplomat ikitərəfli münasibətləri, o cümlədən Seul və Aşqabad arasında birgə sənaye və infrastruktur layihələrinin həyata keçirilməsini təşviq edəcək.
Li Von Çe bundan əvvəl Qırğızıstandakı diplomatik missiyanın rəhbəri olub.