RU

“Uşaqların hüquqlarını birlikdə qoruyaq” adlı maarifləndirici nəşr hazırlanıb

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 16 mart, AZƏRTAC

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə uşaqların biliklərinin artırılması məqsədilə “Uşaqların hüquqlarını birlikdə qoruyaq” adlı maarifləndirici vəsait hazırlanıb.

Bu barədə AZƏRTAC-a Ombudsman Aparatının Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, vəsaitdə uşaqların hüquq və vəzifələri, ombudsmanın və onun uşaq hüquqlarının müdafiəsi sahəsində rolu, müvəkkilə müraciət imkanları barədə məlumatlar uşaqlar üçün anlaşılan üslubda təqdim olunub.

Vəsait barədə geniş məlumatı keçidə daxil olmaqla əldə edə bilərsiniz.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
23
3
azertag.az

4Источники