RU

Azad edilmiş ərazilərdə daha 323 mina, 724 PHS aşkarlanıb

ain.az, 525.az saytına istinadən bildirir.

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (10.03.2026 – 15.03.2026) məlumat açıqlanıb.

525.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 129 piyada əleyhinə mina, 194 tank əleyhinə mina, 724 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1234,5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
55
25
525.az

10Источники