RU

Dubaydan gətirilən ətirlər bahalaşacaq?

Son günlər Yaxın Şərqdə baş verən hadisələrin region ölkələrinin iqtisadiyyatına və ticarət əlaqələrinə mümkün təsirləri müzakirə olunur. Bu fonda xaricdən Azərbaycana gətirilən məhsulların qiymətində dəyişiklik olub-olmayacağı da maraq doğuran məsələlərdən biridir. Xüsusilə Dubaydan idxal olunan ətirlərin qiymətinin artıb-artmayacağı ilə bağlı suallar gündəmə gəlir. Bəs Yaxın Şərqdə baş verən hadisələr Dubaydan Azərbaycana gətirilən ətirlərin qiymətinə təsir edə bilər?Ətir üzrə ekspert Samir Əliyev Metbuat.az-a açıqlamasında bildirib ki, baş verən hadisələrin ətirə heç bir aidiyyatı yoxdur: "Bizim ölkəmizdə sülh və əmin-amanlıqdır. Bu baxımdan ətir bazarına hər hansı təsir yoxdur. Ola bilər ki, bəzi "alverçilər" bundan sui-istifadə edib qiymət artımı etsinlər və “mal gəlmir” kimi bəhanələr gətirsinlər. Amma belə bir durum yoxdur. İstehsalçının qiyməti də eynidir, buradakı satış qiyməti də eynidir".Ekspertin sözlərinə görə, rəsmi satış yerlərində də qiymət artımı gözlənilmir: "Çünki ətirlər bizə təkcə Dubaydan yox, başqa ölkələrdən də gəlir, məsələn, Türkiyədən də gətirilir. Karqo rüsumu da eynidir, dövlət rüsumu da dəyişməyib. Yəni məhsulun oradakı qiyməti də məlumdur, buradakı satış qiyməti də. Hər məhsulun da qiyməti fərqlidir".

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
25
metbuat.az

1Источники