RU

Naqelsmann yayda yığmadan gedəcək?

Yulian Naqelsmannın Almaniya yığmasındakı gələcəyi sual altına düşüb. Almaniya Futbol İttifaqı (AFİ) artıq onun milli komandanın baş məşqçi vəzifəsindən mümkün gedişi ilə bağlı hazırlıqlara başlayıb.

“Bild” nəşrinin yaydığı məlumata görə, AFİ rəhbərliyi dünya çempionatından sonra gənc mütəxəssis yığmanı tərk edəcəyi halda onun yerinə namizədləri müəyyənləşdirib. Siyahının ilk pilləsində son vaxtlar heç bir komandanı çalışdırmayan Yürgen Kloppun adının yazıldığı iddia edilir.

Qeyd edək ki, hazırda klub futbolundan uzaqlaşaraq “Red Bull” şirkətinin futbol şöbəsinə rəhbərlik edən təcrübəli mütəxəssis karyerasını bərpa etməyə tələsmir.

İndiyədək Almaniyanın “Maynts-05” və “Borussiya” (Dortmund), həmçinin İngiltərə nəhəngi “Liverpul”u çalışdırab Klopp hansısa milli komandaya başçılıq etməyib.

Избранный
68
1
football-plus.az

2Источники