RU

Bakıdakı iki nəfərin qətlindən dörd il keçdi: Məhkəmədə prokurordan gözlənilməz gediş

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakıda kütləvi dava zamanı iki nəfərin qətlində təqsirləndirilən Nurani Məmmədov, Ramin Quliyev, Yunis Rəhimov, Tural Məmmədov və Sərxan Şahbazovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə qəbul edilib. Sənədlər tədqiq olunduqdan sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Çıxış üçün söz dövlət ittihamçısı Orxan Mehdiyevə verilsə də, o məhkəmədən bunun üçün vaxt istəyib.

Məhkəmənin növbəti iclası aprelin 6-na təyin edilib.

Qeyd edək ki, hadisə 2022-ci ilin fevralında Nərimanov rayonu ərazisində qeydə alınıb.

Hadisə zamanı Şahin Bayramov və Fərid Əlirzayevin aldıqları bıçaq xəsarətlərindən ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, Nərimanov rayonu, Təbriz küçəsində bir qrup şəxs - bir tərəfdən Şahin Bayramov və Fərid Əlirzayev, qarşı tərəfdən isə Nurani Məmmədov və digər şəxslər arasında kəsici-deşici alətlərdən istifadə edilməklə münaqişə yaranıb. Münaqişə zəminində törədilən qərəzli xuliqanlıq hərəkətləri nəticəsində Şahin Bayramov və Fərid Əlirzayev aldıqları xəsarətlərdən həyatlarını itiriblər.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə cinayət işi başlanılıb.

Onu da qeyd edək ki, cinayət işinin məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində 2022-ci ildən araşdırılır.

Elgün Həsənli

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
24
1
oxu.az

4Источники