İrana hücumlar həm regional, həm də qlobal təhlükəsizliyə təhdid yaradıb.
"Far.Az" xəbər verir ki, bunu iftar süfrəsində çıxışı zamanı Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib.
"Türkiyə həm iqtisadi, həm də siyasi cəhətdən bu qeyri-sabit dövrdə doğru siyasətlə yoluna davam edir",- o bildirib.
C. Yılmazın sözlərinə görə, Ankara barış və ədalətin tərəfindədir. "Bütün problemlərin diplomatik yolla həllini axtarırıq" , - vitse-prezident vurğulayıb və əlavə edib ki, danışıqların alternativi müharibədir və bu, günahsız insanların bombardmana məruz qalmasına səbəb olur:
"Savaşın heç kimə faydası yoxdur, hər kəs nəsə itirir. Ədalətli sülh isə hamı üçün sərfəlidir".
Doğu ve Güneydoğu Kanaat Önderleri İftarı
— Cevdet Yılmaz (@_cevdetyilmaz) March 16, 2026
📍AK Parti İstanbul İl Başkanlığı
https://t.co/4TJeQbmh4H