RU

Bu şəxslərə mənzil və ya əlavə pul verilə bilər -

Milli Məclisin deputatı Vüqar Bayramov kvadratmetri kiçik olan mənzillərə kompensasiya ödənilən zaman ya xüsusi əmsallardan istifadə olunmasını, ya da həmin mülk sahiblərinə ayrıca mənzil verilməsini təklif edib.Metbuat.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, vətəndaş müraciətlərinə əsasən çıxış edən deputatın sözlərinə görə, plana düşən kiçik kvadratmetrlik evlərin sahibləri onlara verilən kompensasiya ilə mənzil almaqda çətinlik çəkdiklərini söyləyirlər. V.Bayramov həmçinin paytaxtın mərkəzi hissəsində evlərin bir qisminin sahələrinin kiçik - hətta 20-30 kvadratmetrlik olduğunu diqqətə çatdırıb:“Təbii ki, kompensasiya ödənilən zaman evin sahəsi - kvadratmetri nəzərə alınaraq ödənilir. Amma sonradan həmin ev sahibləri mənzil almaqda çətinliklə üzləşirlər. Ona görə bizim təklifimiz ondan ibarətdir ki, kvadratmetri kiçik olan mənzillərə kompensasiya ödənilən zaman ya xüsusi əmsallardan istifadə olunsun, ya da həmin mülk sahiblərinə ayrıca mənzil təklif olunsun və beləliklə, o şəxslərin mənzil problemi yaranmasın”. Milli Məclisin üzvü təklif edir ki, əmsal olaraq nisbətən sahəsi böyük olan mənzillərlə müqayisədə kvadratı az olan mənzillərə 2 əmsal tətbiq oluna bilər:

“Yəni bu, o deməkdir ki, əgər orta hesabla hər kvadratmetrə 2500 manat ödənilirsə, o halda kvadratmetri kiçik olan mənzillərə 5000 manat ödənilə bilər. Bu da onların daha çox kompensasiya almasına və mənzil problemlərini həll etməsinə imkan yarada bilər və ya digər alternativ kvadratı kiçik olan mənzil sahiblərinə mənzilin təklif olunmalıdır. Bu da, əslində, onların mənzil problemini həll etmiş olur. Ona görə düşünürük ki, burada əsas məqsəd az kvadratlı sahəsi olan mənzil sahiblərinin mənzil probleminə dəstək olmaq, bu istiqamətdə dövlət dəstəyini genişləndirmək və onların daha çox kompensasiya almasına imkan yaratmaqdan ibarətdir”.

Избранный
22
metbuat.az

1Источники