RU

Müharibəyə görə bütün dünyada işıq sönsə nə baş verər? AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ və İran arasında enerji və kiber hücum hədələri dünya infrastrukturu üçün ciddi risk yaradır. Genişmiqyaslı elektrik kəsintiləri və internet dayandırılması nəqliyyat, rabitə və onlayn xidmətləri iflic edə bilər. Bu, gündəlik həyatda xaos və təşvişə səbəb olur. Hazırda kritik infrastrukturun qorunması üçün tədbirlər görülür, lakin tam müdafiə mexanizmləri hələ kifayət etmir. Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən kiber təhlükəsizlik məsələləri üzrə ekspert Zaur Qasımov bildirib ki, müasir dünyada enerji sistemləri, telekommunikasiya infrastrukturu və bir çox kritik xidmətlər rəqəmsal idarəetmə sistemlərinə bağlıdır. "Bu səbəbdən dövlətlərarası gərginliklər zamanı kiberhücumların enerji və internet infrastrukturlarını hədəf alması real risk hesab olunur. Xüsusilə elektrik şəbəkələri, SCADA kimi sənaye idarəetmə sistemləri və telekommunikasiya infrastrukturu belə vəziyyətlərdə ən həssas və ən çox hədəf alınan sahələrdən biridir. Tarixdə bunun real nümunələri də mövcuddur. Məsələn, Ukraynada elektrik şəbəkələrinə qarşı həyata keçirilmiş kiberhücumlar nəticəsində yüz minlərlə insan saatlarla işıqsız qalmışdı. Bu hadisələr göstərir ki, kiberməkan artıq klassik müharibə sahələri ilə yanaşı strateji təsir vasitəsinə çevrilib".Ekspert bildirib ki, əgər genişmiqyaslı belə hücum baş verərsə, təsiri yalnız elektrik kəsintisi ilə məhdudlaşmaya bilər. "Bank sistemləri, internet xidmətləri, nəqliyyat, xəstəxanalar və digər kritik xidmətlər də bundan ciddi şəkildə təsirlənə bilər. Buna görə də dövlətlərin və şirkətlərin əsas prioriteti kritik infrastrukturların dayanıqlığını artırmaq, ehtiyat sistemlər qurmaq və kiberhücumlardan müdafiə mexanizmlərini gücləndirmək olmalıdır".Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
43
demokrat.az

1Источники