Braziliya millisinin qarşıdakı oyunları üçün heyəti açıqlanıb.
Msport.az xəbər verir ki, komandanın baş məşqçisi Karlo Ançelotti Neymarı yığmaya çağırmayıb.
Qeyd edək ki, Braziliya martın 26-da Fransa, aprelin 1-də isə Xorvatiya ilə yoxlama oyunları keçirəcək.
34 yaşlı Neymar hazırda vətənində “Santos” klubunda çıxış edir. O, millidə 128 oyunda 79 qol vurub.