RU

Trampdan Müctəba Xamenei ilə bağlı açıqlama: ölmüş ola bilər

ABŞ prezidenti Donald Tramp İran ətrafında yaranmış gərginlik və NATO ilə münasibətlər barədə bir sıra diqqətçəkən açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Tramp çıxışında həm İranla bağlı mövqeyini açıqlayıb, həm də NATO ölkələrinə kəskin iradlar bildirib.

Trampın sözlərinə görə, ABŞ uzun illər ərzində NATO ölkələrinin təhlükəsizliyi üçün böyük maliyyə xərcləri çəkib, lakin çətin məqamda alyans Vaşinqtonun yanında dayanmayıb.

“Biz NATO ölkələrinin müdafiəsi üçün milyonlarla dollar xərcləmişik. Amma onlar heç vaxt bizim yanımızda durmadılar”, – deyə Tramp vurğulayıb.

O, İranla bağlı qarşıdurmanın uzun sürməyəcəyini də qeyd edib və müharibənin yaxın vaxtlarda başa çata biləcəyini bildirib. ABŞ prezidentinin sözlərinə görə, Vaşinqtonun atdığı addımlar düzgün olub və görülən işlərlə qürur duyurlar.

Tramp çıxışında İranın Yaxın Şərqdə təsir dairəsini genişləndirməyə çalışdığını bildirib və Tehranın nüvə silahına sahib olmamalı olduğunu bir daha vurğulayıb.

ABŞ prezidenti həmçinin qeyd edib ki, Körfəz ölkələrinə İranın mümkün hücumu ilə bağlı ona əvvəlcədən heç bir məlumat verilməyib.

Tramp eyni zamanda İranın yeni dini lideri Müctəba Xamenei ilə bağlı da danışaraq, onun taleyi barədə müxtəlif məlumatların dolaşdığını və hətta ölmüş ola biləcəyi ilə bağlı iddiaların səsləndiyini bildirib.

 

Musavat.com

Избранный
69
50
musavat.com

10Источники