RU

ABŞ–İran arasında gizli kanal: Vitkoff və Araqçi burada danışıbmış

ABŞ və İran arasında son günlərdə birbaşa əlaqələrin qurulduğu barədə diqqətçəkən məlumatlar yayılıb. Məlumatlar Vaşinqton və Tehran arasında qeyri-rəsmi diplomatik kanalların aktivləşdiyini göstərir.

Musavat.com xəbər verir ki, Axios nəşrinin məlumatına görə, son günlər ABŞ və İran nümayəndələri arasında birbaşa əlaqə yaradılıb. Bu təmasların regionda gərginliyin artdığı bir vaxtda baş verməsi diqqət çəkir.

İsrailin Kanal 12 telekanalı isə iddia edir ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff və İranın xarici işlər naziri Abbas Araqçi birbaşa WhatsApp vasitəsilə əlaqə saxlayıblar. Bildirilir ki, tərəflər operativ mesajlaşma və məlumat mübadiləsi üçün bu platformadan istifadə ediblər.

Bununla yanaşı, bəzi KİV-lər İranın tanınmış siyasi fiqurlarından biri olan Əli Laricaninin də Tramp administrasiyası ilə müəyyən danışıqlar apardığını yazır.

 

Musavat.com

Избранный
69
36
musavat.com

10Источники