RU

İraq ABŞ səfirliyinə hücum etməyə çalışan 4 dronu vurub

BAKI, 17 mart. TELEQRAF

İraqın hava hücumundan müdafiə sistemləri Bağdaddakı ABŞ səfirliyinə hücum etməyə çalışan dörd pilotsuz uçuş aparatını zərərsizləşdirib.

Teleqraf xəbər verir ki, bu barədə "Shafaq News" portalı məlumat yayıb.

Mənbənin yerli təhlükəsizlik qüvvələrinə istinadən verdiyi məlumata görə, dronlardan heç biri ABŞ diplomatik nümayəndəliyinin binasına zərbə endirə bilməyib.

Hadisə nəticəsində ölən və ya yaralananlar barədə məlumat verilməyib.

Избранный
65
teleqraf.com

1Источники