RU

Ayaqlarda şişkinlik nə zaman təhlükəlidir? Adi yorğunluğu ciddi xəstəlikdən fərqləndirən əlamətlər

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ayaqlarda yaranan şişkinlik adi yorğunluq deyil, ciddi xəstəliklərin əlaməti ola bilər.

Oxu.Az xəbər verir ki, professor İqor Zolotuxin Gazeta.ru nəşrinə müsahibəsində bu barədə mühüm məqamlara toxunub. O, şiddətli şişkinliyi adi yorğunluqdan fərqləndirən əsas əlamətləri sadalayıb.

İqor Zolotuxinin sözlərinə görə, əgər yalnız bir ayaq şişirsə, bu, ciddi narahatlıq üçün əsasdır. Şişkinlik ağrı və ya dartılma hissi ilə müşayiət olunursa, vəziyyət daha da təhlükəlidir. Həkim qeyd edib ki, bu cür simptomlar dərin venaların trombozu ilə əlaqəli ola bilər.

Professor əlavə edib ki, təhlükəli şişkinlik zamanı dərinin qızarması, baldır nahiyəsində temperaturun artması və hərəkət zamanı ağrının güclənməsi müşahidə edilir. Ayaqların ağır yükə məruz qalmadığı günlərdə belə şişkinlik yaranarsa, bu, xüsusilə diqqətə alınmalıdır.

"Nəhayət, bu simptomlar varikoz damar genişlənməsi olan ayaqda baş verərsə, vaxt itirmədən mütəxəssisə müraciət etmək lazımdır", - deyə həkim vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
62
oxu.az

1Источники