RU

Hörmüz boğazından keçid üçün sığorta xərcləri artıb

Bakı. Trend:

Hörmüz boğazından keçən gəmilərin sığortalanması mümkün olsa da,İranla davam edən hərbi münaqişə fonunda sığortanın dəyəri kəskinşəkildə artıb.

Trend xəbər verir ki, bubarədə "Bloomberg" agentliyi məlumat yayıb.

Agentlik qeyd edir ki, sığorta xərcləri gəminin dəyərinintəxminən 5%-nə yüksəlib ki, bu da İranla müharibənin ilk günlərindəmüşahidə olunan səviyyədən təxminən beş dəfə çoxdur. Bu o deməkdirki, 100 milyon dollarlıq neft tankerinin sığortalanması hazırdatəxminən 5 milyon dollara başa gəlir.

Yüksək qiymətlərə baxmayaraq, bazarda təkliflərin mövcudluğugöstərir ki, bu su yolundan keçməyə cəsarət edən azsaylı gəmilərüçün sığorta hələ də mövcuddur.

Избранный
65
4
az.trend.az

5Источники