RU

İran Putinə humanitar yardıma görə təşəkkür edib

BAKI, 17 mart. TELEQRAF

İranın Moskvadakı səfiri Kazem Cəlali Rusiya Prezidenti Vladimir Putinə və Rusiya hökumətinə göstərilən humanitar yardıma görə təşəkkür edib.

Teleqraf xəbər verir ki, bu barədə diplomat “İzvestiya” qəzetinə müsahibəsində danışıb.

“Biz Rusiya Prezidenti Vladimir Putinə və Rusiya hökumətinə minnətdarıq”, - deyə Cəlali bildirib.

Diplomat əlavə edib ki, Rusiya tərəfi İrana yeni humanitar yardım partiyalarının göndərilməsini də planlaşdırır.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İranın Moskvadan humanitar yardım istədiyini açıqlamışdı.

Daha sonra bildirilib ki, Rusiyanın Fövqəladə Hallar Nazirliyi İl-76 nəqliyyat təyyarəsi ilə Azərbaycana 13 tondan çox humanitar yardım çatdırıb. Yardım daha sonra İranın səlahiyyətli nümayəndələrinə təhvil verilib.

Избранный
75
teleqraf.com

1Источники