BAKI, 17 mart. TELEQRAF
Bakının bir sıra yollarında tıxac yaranıb.
Teleqraf xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda tıxac olan yollar:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
2. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;
3. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində;
4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
6. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
8. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;
9. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
10. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
12. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.