RU

İcra Başçısı Rəcəb Rəhimli 277 min manatlıq iki tanker alır

Naxçıvan Muxtar Respublikasının Ordubad Rayon İcra Hakimiyyəti  Kommunal təyinatlı texnikaların satın alınmasına start verib.

Paytaxt.org 32gun.az-a istinala xəbər verir ki,Satınalma layihəsi üzrə ehtimal olunan ümumi qiymət 277.266,57 AZN məbləğində müəyyən edilib.

Tender şərtlərinə əsasən, alınacaq texnikalar ən son texnoloji standartlara cavab verməli və birbaşa 2026-cı il istehsalı olmalıdır.

Layihə çərçivəsində rayon təsərrüfatı üçün iki texnika tədarük ediləcək. Birinci texnika 15 tonluq, paslanmaz poladdan hazırlanmış su tankeridir. Bu maşın həm içməli suyun daşınması, həm də şəhər yollarının yüksək təzyiqlə çilənərək təmizlənməsi üçün nəzərdə tutulub. 205 at güclü mühərriklə təchiz edilən tanker, elektron nasos sistemi və Avro 4 ekoloji normasına uyğunluğu ilə seçilir. Digər texnika isə 5 tonluq kanalizasiya təmizləmə (vakuum) tankeridir. Karbon poladdan hazırlanan və yüksək sorma gücünə malik olan bu xüsusi maşın, rayonun kanalizasiya sistemlərinin profilaktik təmizlənməsi və tullantı sularının kənarlaşdırılması işlərində istifadə olunacaq.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Zakir oğlu Rəhimlidir.

Избранный
23
1
paytaxt.org

2Источники