RU

Arda Gülər La Liqanın ən bahalı on oyunçusu arasında

İspaniya La Liqası 2026-cı il üçün ilk oyunçu bazar dəyəri yeniləməsini dərc edib. Ölkə.Az xəbər verir ki, "Real Madrid"in yarımmüdafiəçisi Arda Gülər 90 milyon avro dəyərində qalaraq İspaniya liqasının ən bahalı on oyunçusundan biri olub.

Türkiyəli futbolçu bu mövsüm "Real Madrid"də bütün turnirlərdə 43 oyun keçirib, dörd qol vurub və 13 məhsuldar ötürmə edib. Onun bazar dəyəri ötən ilin dekabr ayında 90 milyon avroya çatıb və yeniləmədən sonra eyni səviyyədə qalıb.

Qeyd edək ki, Arda Gülər sonuncu dəfə təxminən 70 metr məsafədən vurduğu qol ilə gündəmə gəlmişdi.

Reytinqdə La Liqanın ən bahalı oyunçuları 200 milyon avro dəyərində olan Lamin Yamal və Kilyan Mbappe olaraq qalır. Növbəti yerləri 150 milyon avro ilə Pedri və Vinisius Junior tutur.

Избранный
10
6
olke.az

7Источники