RU

Bu ölkənin nəhəng hərbi təyyarəsi Ermənistan üzərindən Bakıya niyə uçubmuş?

Əlcəzair Hərbi Hava Qüvvələrinə məxsus “Lockheed Martin C-130J-30 Super Hercules” təyyarəsinin Ermənistan üzərindən Azərbaycana uçuşu diplomatik məqsədlər üçün həyata keçirilib.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi “Sputnik Armenia”nın sorğusuna cavab olaraq bildirib.

Xarici İşlər Nazirliyinin məlumatına görə, əməliyyat tərəfinin verdiyi məlumata görə, Bufarikdən Bakıya C-130J uçuşu diplomatik məqsədlər üçün həyata keçirilib.

Qeyd edək ki, təyyarə fevral ayında Ankaradan Bakıya və Bakıdan Bufarikə (Əlcəzair) uçuşlar üçün Ermənistan hava məkanından istifadə edib.

Избранный
104
1
publika.az

10Источники