RU

2 ci liqada liderlərin oyun günü

Qol.az saytına istinadən ain.az xəbər verir.

2-ci liqada liderlərin oyun günü

Bu gün Azərbaycan 2-ci liqasında 18-ci tura yekun vurulacaq.

QOL.az xəbər verir ki, 2-ci oyun gününə 4 matç nəzərdə tutulub.

Lider "Xankəndi" "Ağdaş"ı qəbul edəcək. 2-ci yerdəki "Qaradağ Lökbatan" "Göygöl"lə qarşılaşacaq. "Şəmkir" "Araz-Saatlı" ilə, "Quba" isə "Dinamo" ilə üz-üzə gələcək.

17 mart (çərşənbə axşamı)

14:00. “Xankəndi” – “Ağdaş”

Hakimlər: Şamil İmanzadə, Tural Bayramov, Sadiq Əliyev, Pərviz İbrahimov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: İlham Əliyev

Palms Sports Futbol Mərkəzi (IV meydança)

15:00. “Şəmkir” – “Araz Saatlı”

Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Erkin Hüseynov

Şəmkir OİK stadionu

15:00. “Qaradağ Lökbatan” – “Göygöl”

Hakimlər: Nazim Abdullayev, Gülnurə Əkbərzadə, Sevda Nuriyeva, Rəsul Babayev

Hakim- inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Anar Şıxəliyev

Lökbatan OİK stadionu

15:00. “Quba” – “Dinamo”

Hakimlər: Niyaz Əhmədov, Zakir Şükürzadə, Məmmədəli Kərimov, Ceyhun Hüseynov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Yavər Rəhimov

Quba OİK stadionu

16 mart (bazar ertəsi)

“Şəki Siti” – “Kür-Araz” - 4:3

“Ağstafa Gəncləri” – “Şirvan” - 1:2

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
42
4
qol.az

5Источники