RU

ABŞ Şirkəti süni intellekti sınaqdan keçirmək üçün “peşəkar dələduz” axtarır

ain.az bildirir, Bizimyol portalına istinadən.

ABŞ-ın Memvid şirkəti qeyri-adi vakansiya elan edib – onlar “süni intellekt üçün peşəkar dələduz” axtarır.

Bizimyol.info xəbər verir ki, Şirkət bidirir ki, namizəddən bütün iş günü chat-botları provokasiya etməsi, onların səhv və məhdudiyyətlərini aşkara çıxarması tələb edilir. Səkkiz saatlıq iş günü üçün əmək haqqı saatlıq 100 dollar, yəni gündəlik 800 dollar təşkil edir.

Namizəd məsafədən chat-botlarla söhbət aparacaq, onların yaddaşını yoxlayacaq, əvvəlki mesajların kontekstini xatırlamağı tələb edəcək və hər hansı səhvləri və ya qəribə cavabları qeydə alacaq. Bundan əlavə, ondan süni intellektin çatışmazlıqlarına emosional və dürüst reaksiya göstərməsi gözlənilir.

Eksperiment müasir süni intellekt sistemlərinin, o cümlədən istifadəçi məlumatlarını yadda saxlama qabiliyyətinin məhdudiyyətlərini göstərmək məqsədi daşıyır. Bütün sessiyalar şirkət tərəfindən marketinq materiallarında və mətbuat açıqlamalarında istifadə oluna bilər.

Vəzifə bir dəfəlikdir, Memvid yalnız bir nəfər işçi götürməyi planlaşdırır və müraciətlər uyğun namizəd tapılanadək qəbul olunur.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
29
bizimyol.info

1Источники