RU

Kvaratsxeliya “Arsenal”a keçməyəcək

PSJ-nin futbolçusu Xviça Kvaratsxeliyanın "Arsenal" klubuna mümkün transferi görünmür.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.

O sözügedən keçidlə bağlı müəyyən müzakirələr aparılsa da, London təmsilçisinin yay transfer pəncərəsində bu transferi reallaşdırması real görünmədiyini qeyd edib. Belə ki, Paris təmsilçisini rəhbərliyi gürcü vingeri komandanın strateji baxımdan əvəzolunmaz üzvlərindən biri hesab edir və onun satışı gündəmdə deyil. Bu səbəbdən “topçular”ın futbolçunu heyətinə qatmaq ehtimalı olduqca aşağı qiymətləndirilir.

Qeyd edək ki, Kvaratsxeliya ötən ilin yanvarından etibarən Paris klubunun şərəfini qoruyur. Cari mövsümdə o, bütün turnirlər daxil olmaqla 35 oyunda meydana çıxıb, 11 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
41
90deqiqe.az

1Источники