RU

Türkiyə helikopteri Ermənistana girdi: nə baş verir? İDDİA

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Türkiyə helikopterinin Ermənistan ərazisinə daxil olduğu iddia edilir.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni hüquq müdafiəçisi Karapet Poqosyan sosial media hesabında yazıb.

“6 martda Türkiyə helikopteri Şirak əyalətinin Meqraşat yaşayış məntəqəsindən Ermənistan ərazisinə daxil olub. Sakinlər də bunu hiss ediblər.

Türkiyə helikopteri hansı məqsədlə Ermənistan ərazisinə daxil olub? Təəssüf ki, bu, cavab ala bilmədiyimiz sualdır. Bəs cavabı kimdən almalıyıq?”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Şirak əyalətinin Meqraşat yaşayış məntəqəsi Ermənistan ərazisində yerləşən bir kənddir və Türkiyə sərhədinə yaxın ərazidədir.

Əliyar Xəlil

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
52
3
globalinfo.az

4Источники