RU

AÇ 2027: Azərbaycan millisi son oyununa çıxır

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Qadın basketbolçulardan ibarət Azərbaycan milisi bu gün AÇ-2027-nin seçmə mərhələsində son oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, E qrupunda yer alan seçməmiz 6-cı tur çərçivəsində evdə Ukrayna ilə qarşılaşacaq.

Yığma bundan əvvəl Bolqarıstana (48:141, 40:120), Monteneqroya (62:104, 35:94) və Ukraynaya (34:98) məğlub olub.

AÇ-2027

Seçmə mərhələ, E qrupu

17 mart

19:00. Azərbaycan – Ukrayna 

Bakı, İdman Sarayı.

Millinin heyəti: Polina Şukina, Leyla Allahverdiyeva, Aylin Niftəliyeva, Ela Nur Gökçel, Şalminaz Ramazanlı, Şilan Akbingel, Ancelina İsmayılova, Aylin Akperzadə, Deniz Gökçel, Adilya Yusubova, Sitarə Abbasova, Qalina Quşina.

İlk iki yeri tutan komandalar, eləcə də qruplarında üçüncü yeri tutan komandalar arasında ən yaxşı nəticə göstərən komandalar final mərhələsinə vəsiqə qazanacaqlar. AVRO-2027-nin final mərhələsi Belçika, İsveç, Finlandiya və Litvada keçiriləcək.

1. Bolqarıstan 5 5 0 +212 10

2. Monteneqro 5 3 2 +109 8

3. Ukrayna 5 2 3 +17 7

4. Azərbaycan 5 0 5 -338 5

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
19
1
fanat.az

2Источники