RU

Əliyar Ağayev İngiltərə klubunun oyununu idarə edəcək

Yeniavaz portalından verilən məlumata əsasən, ain.az bildirir.

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Yeniavaz.com AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Ə.Ağayev UEFA Konfrans Liqasının 1/8 final mərhələsində keçiriləcək AEK (Larnaka, Kipr) – “Kristal Pelas” (İngiltərə) matçının baş hakimi olacaq.

Bildirilib ki, ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.

“Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Niderlandlı Jeroen Manşot  VAR, digər həmyerlimiz Nicat İsmayıllı AVAR kimi fəaliyyət göstərəcək.

Qarşılaşma martın 19-da Larnaka şəhərindəki “AEK Arena”da keçiriləcək. İngiltərədəki ilk görüşdə 0:0 hesabı qeydə alınıb”, - məlumatda deyilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
7
32
yeniavaz.com

10Источники