RU

Ramazan nuru daim yolunuza işıq salsın!

Ramazan ayı boyunca orucluq haqqında yetərincə danışıldı, yazıldı. Xüsusilə, Space tv-də, dəyərli dostumuz Seyid Camal Əzimbəylinin aparıcılığı ilə yayımlanan “İnam” verilişi bu prosesə öz töhfəsini verir. Əslində bütün bunlar islami maarifçilik baxımından mübət tendensiyadır. İslam mədəniyyətinin, xüsusilə, Ramazanın fəzilətinin geniş auditoriyaya çatdırılması effektiv nəticələri verir. İslam nuru orucluq mədəniyyətini formalaşdırmaqla bərabər Ramazanın sosial, fəlsəfi, tibbi mahiyyəti cəmiyyətə nümayiş olunur. Düşünürəm ki, dünyanın başının qaçdığı hazırkı dövrdə bütün bunlar sivilizasiyalı islamın mahiyyətini dərk etməyə insanları sövq edəcək.

Heç şübhəsiz ki, insan bəzi xoşagəlməyən davranışlarını korrektə edirsə, nəfsinə məhdudiyyət qoyursa bunun cəmiyyət üçün faydası böyük olur.

Geniş anlamda götürsək Ramazana, həm də psixoloji gərginliklərin azalması, insanların düzgün yaşam ahənginin tənzimlənməsi, cəmiyyətdə xoşagəlməyən halların aradan qaldırılması prizmasından yanaşmaq olar. Yəni xeyirxah ənənələrin paylaşması, cəmiyyət üçün zəruri olan islah tendensiyasının dərinləşməsi Ramazanda fürsən məqamıdır. Bu fürsətdən kim necə yararlandı. Bu başqa mövzudur.

Qənaətimcə, digər tərəfdən orucluq məqamı həm də bir çox yolunu azmışlara, böyük sərvətlərdən başını itirənlərə, cəmiyyətədəki dəyərlərə həqarətlə yanaşanlara bir mesajıdır. Nəfsani istəklərdən uzaqlaşmağa, ədəb-ərkana, ən azından yoxsullar haqqında düşünməyə çağırışdır. Bu müsbət tendensiyanın Ramazandan sonrakı dönəmlərdə də geniş tətbiqi zəruridir. Mütərəqqi ideyalar, insanlıq duyğuları yalnız 30 günlük orucluqla başa çatmamalıdır.

İnsan yalnız çətinə düşəndə, başına fəlakət gələndə Allah haqqında, din haqqında düşünməməlidir. Təqvalı, imanlı ömür sürmək, başqasının haqqını tapdalamamaq, yalandan, şərdən uzaq olmaq, qənaətimcə, bütünlükdə islamın, həm də Ramazanın mahiyyətini əks etdirir. Ona görə, belə mütərəqqi ənənələri yalnız Ramazan ayında saxlamayaq, hər zaman həyatımızda tətbiq edək.

Nəhayət ki, kimlərinsə mənim fikirlərimlə razılaşmaması təbii haldır. Unutmaq olmaz ki, İslam dini saxtakarlığı qəbul etmir. Pis əməlin cəzası var, xeyir addımların da mükafatı Allah tərəfindən verilir. Ramazan nuru yolunuza işıq salsın, həyatınıza, ömrünüzə bərəkət gətirsin!

 

Əkrəm Bəydəmirli

Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri 

Избранный
24
1
qht.az

2Источники