RU

Yardımlıda narkokuryerlər ələ keçdilər – ƏMƏLİYYATIN VİDEOSU

Yardımlıda doqquz kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

NOCOMMENT.az-ın məlumatına görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin realizə olunmasının qarşısı alınıb.

Tədbirlər nəticəsində 30 yaşlı Orxan Verdiyev və 34 yaşlı İlham Abbasov saxlanılıblar. Onlardan müxtəlif ünvanlara çatdırmaq üçün əldə etdikləri doqquz kiloqram marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Избранный
38
22
nocomment.az

10Источники