RU

“Yuventus” kimi “qurban verəcək”?

“Yuventus” UEFA-nın maliyyə sanksiyaları ilə üzləşə bilər.

"Football-plus.az" xəbər verir ki, İtaliya klubu bundan yayınmaq üçün iyunun sonuna qədər bəzi futbolçuları ilə yollarını ayırmağı planlaşdırır.

“Tuttosport” nəşrinin yaydığı məlumata görə, Turin təmsilçisi maliyyə ilinin sonuna qədər 25 milyon avro gəlir əldə etməyi hədəfləyir. Hazırda klubun maliyyə idarəçiliyi həm yerli, həm də beynəlxalq qurumların ciddi nəzarəti altındadı. Məlumata görə, rəhbərlik bu məbləği təmin etmək üçün ilk növbədə Federiko Qatti ilə yolları ayırmağa hazırlaşır.

Müdafiəçi cari mövsümdə meydana çıxdığı 22 matçda 4 qol vurub. Yanvarda onun adı “Nottingem Forest” ilə birgə hallanırdı.

Избранный
77
1
football-plus.az

2Источники