RU

Sələfləri Trampı İran məsələsinə görə yalançı çıxartdılar: Danışmamışıq

ABŞ-ın sağ olan dörd keçmiş prezidentindən heç biri Donald Trampla söhbətlərində İrana qarşı əməliyyatı dəstəklədiyini bildirməyib.

Publika.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Tramp əvvəllər keçmiş Amerika lideri ilə danışdığını iddia etmişdi və onun ABŞ-İsrail hərbi əməliyyatını dəstəklədiyini bildirmişdi. Tramp keçmiş liderin adını çəkməmişdi.

“NBC News”un məlumatına görə, Tramp dörd keçmiş prezidentdən heç biri ilə danışmayıb. 42-ci prezident Bill Klintonun köməkçisi telekanala Trampın qəti şəkildə onunla haqqında danışmadığını əminlik bildirib.

Избранный
18
publika.az

1Источники