RU

AMB geosiyasi gərginliyin Azərbaycanda makroiqtisadi sabitliyə mümkün təsirlərini izləyir

Bakı. TurkicWorld:

2025-ci ildə Azərbaycandakı idarə, müəssisə və təşkilatlar qiymətli kağızlar bazarından 1,050 milyard ABŞ dolları gəlir əldə edib.

TurkicWorld xəbər verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.

O bildirib ki, dövlət qurumları əsasən, ABŞ-nin dövlət istiqrazlarına (US treasuries) investisiya yatırıb, bu isə ölkənin ilkin gəlirlər balansının kəsirinin daralmasına xidmət edib: "İl ərzində təkrar gəlirlər balansı isə 17,5 faiz artımla profisitli olub. Bu da əsasən ölkəyə pulköçürmə sistemləri vasitəsilə daxil olan pullarla bağlıdır. Onlar daha çox pul baratlarıdır, kapital xarakterli olmayan əməliyyatlar çıxılmaqla ölkəyə daxil olan vəsaitlərdir".

Избранный
26
turkic.world

1Источники