RU

Tanınmış telerejissor vəfat etdi

Tanınmış telerejissor Rauf Süleyman vəfat edib.

Bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.

R.Süleyman uzun illərdir ABŞ-də yaşayırdı.

Qeyd edək ki, Rauf Süleyman Mirzəyev 1944-cü ildə Bakıda, görkəmli teatrşünas Həsənağa Mirzəyev və Azərbaycan səhnəsinin ana obrazlarının ifaçısı, Azərbaycan SSR əməkdar artisti Ətayə Əliyevanın ailəsində dünyaya göz açıb.

O, orta məktəbi bitirdikdən sonra indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsinə daxil olub.

1968-ci ildən Azərbaycan Televiziyasında mikrofon operatoru kimi işə başlayıb və beləcə, bütün ömrünü televiziyaya bağlayıb.

Bütün rejissor kateqoriyalı dərəcələri keçib və 1997-ci ildə ali dərəcəli rejissor kimi fəaliyyətini davam etdirib.

Sırada “Xoşbəxt adam”, “Ömür ağacı”, “Dostun evi könüllərdir”, “Ədalət naminə”, “Tariximiz”, “Bəxtiyar Vahabzadə”, dörd hissəli “Türk Dünyası - Qitədən-Qitəyə” televiziya filmlərini bir rejissor kimi yüksək sənətkarlıqla ərsəyə gətirib.

Bununla yanaşı, onun zəhmətinin bəhrəsi olan “Səslər muzeyi”, “Ömrün axarı” kimi silsilə proqramlar efirin yaraşığı olub.

Rauf Süleyman Azərbaycan Televiziyasında ən uzun ömürlü proqramlardan biri olan, həftəlik “Turan” verilişinin rejissoru olub.

O, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin üzvü, rejissor Ramiz Həsənoğlunun qardaşıdır.

Aydan Hacı


Telegram kanalımız
Избранный
42
1
yenisabah.az

2Источники